YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: Bədən tərbiyəsi və idman cəmiyyət həyatının ayrılmaz tərkib hissəsinə çevrilib

«Azərbaycan son illər mötəbər yarışlara ev sahibliyi edir, idmançılarımız beynəlxalq yarışlarda mühüm uğurlar qazanaraq dövlət bayrağımızı ucaldır, himnimizi səsləndirirlər. Məhz bu uğurların sayəsində Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır». Bu fikirləri Milli Olimpiya Komitəsinin baş katibi, Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, ölkəmizdə idmanın inkişafına dövlət qayğısının əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət idman siyasəti nəticəsində Azərbaycanda güclü idman potensialı formalaşıb.

«Ölkəmizdə bədən tərbiyəsi və idman cəmiyyət həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Azərbaycan həm idman sahəsində qazanılan uğurlar, həm ən müasir idman infrastrukturu yaradılması, həm də mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi ilə beynəlxalq idman ailəsinin nüfuzlu üzvünə çevrilib. Dövlət başçısı daim idmançılara xüsusi qayğı ilə yanaşır. Bugünlərdə ölkə Prezidentinin bir qrup idman mütəxəssisini mükafatlandırması bu diqqət və qayğının bariz nümunəsidir. Öz növbəsində idmançılar onlara göstərən etimadı layiqincə doğrultmağa çalışırlar»- deyə, A.Abiyev vurğulayıb.