YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hafiz Paşayev: Azərbaycanda xaricdə təhsil almış məzunlara böyük diqqət var

Bu gün ADA Universitetində “2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı”nın məzunlarının akademik fəaliyyətə cəlb olunması ilə bağlı tədbir keçirilib.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov, universitet rektorları, xaricdə təhsil almış tələbələr iştirak ediblər. /Trend/

Tədbir çərçivəsində panel müzakirələri keçirilib. Panel müzakirələri zamanı M.Cabbarov bildirib ki, Azərbaycan dövlətinin müasir kadrlara tələbatı var. Nazir bildirib ki, bu günə qədər 3500-dən artıq azərbaycanlı gənc dövlət proqramı çərçivəsində xaricdə təsil alıb.

M.Cabbarov qeyd edib ki, bu proqram çərçivəsində yüksək təhsil almış gənclər Azərbaycana qayıdır və ölkəmizin inkişafına töhfə verirlər:

“Azərbaycanda gedən iqtisadi proseslər, ölkəmiz qarşısında olan çağırışlar müasir təhsilə və biliyə malik gənclərin olmasını tələb edir. Bu baxımdan yeni iqtisadi çağırışlar dövrünə Azərbaycanın hazırlıq alətlərindən biri də məhz bu Dövlət proqramı olub. 2007-ci ildə bu proqram imzalanarkən dünya səviyyəsində rəqabət apara bilən insan kapitalının yetişdirilməsi əsas məqsəd olub”.

Sonra çıxış edən H.Paşayev bildirib ki, kadr məsələsi ADA Universitetinin qarşısında duran əsas məsələlərdən biridir. O qeyd edib ki, ADA Universitetinin xaricdə təhsil almış tələbələri təhsil ocağında müxtəlif işlərə cəlb olunub:

“Ölkəmizdə xaricdə təhsil almış məzunlara böyük diqqət var və onlara ehtiyac var. Lakin bəzi çətinliklər də mövcuddur. Xaricdə təhsil almış bir məzun dövlət strukturunda işləmək istəyir, lakin ona deyirlər ki, əvvəlcə sən get imtahan ver. Ancaq bu məzunları dövlət özü seçib xaricə göndərib və onların təhsil aldığı universitetlər də adi universitetlər deyil. Bu baxmdan onlara daha böyük diqqətin göstərilməsinə ehtiyac var”.

Müzakirələrdə çıxış edən A.Əlizadə isə deyib ki, bu gün Azərbaycanın müasir təhsil almış bilikli kadrlara ehtiyac var. A.Əlizadə bildirib ki, xaricdə təhsil almış gənclər AMEA-ya da maraq göstərməlidirlər:

“Bu gün Azərbaycan elminin xaricdə oxuyub qayıdan məzunlara ehtiyacı var. Biz sizi akademiyada görmək istərdik. Akademiyaya gəlsəniz, peşman olmazsınız. Akademiyanın qabaqcıl institutları var”.

A.Əlizadə həmçinin bildirib ki, AMEA gənc alimlərin sosial problemlərinin, mənzil problemlərinin həllinə çalışır və bu problemlər artıq həll olunmaq üzrədir.

Daha sonra tədbir müzakirələrlə və məzunların suallarının cavablandırılması ilə davam etdirilib.

 

DİGƏR Xəbərlər Arxiv