Xəbərlər
Milli Məclisin plenar iclasında Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsi müzakirə edilir
Dekabrın 6-da Milli Məclisin növbəti plenar iclası keçirilir.
Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq gündəlik barədə məlumat verib.
Gündəliyə əsasən iclasda “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə edilir.
Deputatlar, həmçinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrini, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetalarını nəzərdən keçirəcəklər.
İclasda Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və hökumət üzvləri də iştirak edirlər.