YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Əsas məqsədimiz makroiqtisadi sabitliyi qorumaqdır

«Əsas məqsədimiz makroiqtisadi sabitliyi qorumaq, iqtisadi inkişafı təmin etmək, ölkənin müdafiə qabiliyyətini gücləndirmək və əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasıdır». Bu fikri Milli Məclisin sədr müavini Bahar Muradova  parlamentin komitə iclaslarında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

B.Muradova bildirib ki, Azərbaycan hökuməti reallıqları nəzərə alaraq 2017-ci ilin dövlət büdcəsini Milli Məclisə təqdim edib.

«Milli Məclisə təqdim edilən gələn ilin büdcəsinin layihəsində mövcud vəziyyət, valyutaların məzənnələri, eləcə də riskləri, dünyada gedən proseslər nəzərə alınıb. Biz öz həyatımızı bu büdcə əsasında qurmalıyıq»- deyə, vitse-spiker vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv