Xəbərlər
Mikayıl Cabbarov: Azərbaycanda 90 min şagird rus dilində təhsil alır
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/7791ad2b845f52a9605058dde9fe8c0d.jpg&w=360)
Azərbaycanda 340 orta məktəbdə 90 min şagird rus dilində təhsil alır, 450 mindən çox şagird isə rus dilini xarici dil kimi öyrənir.
Bu sözləri noyabrın 28-də jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur.