Xəbərlər
Serbiyanın daxili işlər naziri Azərbaycana gəlir
Serbiya Baş nazirinin müavini və daxili işlər naziri Neboyşa Stefanoviç dekabrın 4-də Azərbaycana üç günlük səfər edəcək.
Bu barədə jurnalistlərə Serbiyanın Azərbaycandakı səfiri Neboyşa Rodiç deyib.
N.Stefanoviçi Bakıya Azərbaycanın daxili işlər naziri Ramil Usubov dəvət edib.
Serbiyalı nazir səfər zamanı Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək və əməkdaşlıq məsələlərini müzakirə edəcək.