YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafiq Məmmədhəsənov: Azərbaycanda səhiyyənin inkişafına güclü dövlət dəstəyi göstərilir

«Azərbaycanda səhiyyənin inkişafına güclü dövlət dəstəyi göstərilir». Bu fikri Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov deyib.

R.Məmmədhəsənov bildirib ki, dövlət bu sahənin maddi-texniki bazasının gücləndirilməsi üçün lazımi addımları atır. Onun sözlərinə görə, məhz bu dəstəyin nəticəsidir ki, son illər yüzlərlə tibb ocağı tikilib istifadəyə verilib.

«Səhiyyənin inkişafı məsələsində bu sahə ilə əlaqədar qəbul olunmuş Dövlət proqramlarının xüsusi əhəmiyyəti var. Ümumiyyətlə, ölkədə hər bir sahənin inkişafının proqramlar əsasında təmin olunması xüsusi diqqət mərkəzində saxlanılır. Bu baxımdan, səhiyyə ilə əlaqədar qəbul olunmuş Dövlət proqramları da böyük əhəmiyyət kəsb edir»-deyə, millət vəkili vurğulayıb.