YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Prezidenti Pranab Mukherciyə başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hindistan Respublikasının Prezidenti Pranab Mukherciyə Uttar-Pradeş ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verdi.

Başsağlığında deyilir: “Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.”

 

 

DİGƏR Xəbərlər Arxiv