Xəbərlər
Fuad Muradov: “Gənclər siyasəti haqqında” qanuna əhəmiyyətli dəyişikliklər nəzərdə tutulur
“Gənclər siyasəti haqqında” qanuna əhəmiyyətli dəyişikliklər nəzərdə tutulur. Bu fikri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.
F.Muradov bildirib ki, dövlət başçısının gənclərlə bağlı həyata keçirdiyi çevik və innovativ siyasət mövcud qanunda dəyişikliyi zəruri edir. Onun sözlərinə görə, qanuna təklif edilən dəyişikliklərlə bağlı müxtəlif yanaşmalar var.
«Əsas məqsəd dəyişiklikləri geniş müzakirəyə çıxarıb yekun rəyə gəlməkdir. Layihədə gənclər siyasəti ilə bağlı yeni müddəalar nəzərdə tutulub. Bundan başqa, aztəminatlı gənc, gənc alim, sosial təcridə məruz qalmış gənclərin də qanundan daha geniş şəkildə yararlanmasına diqqət yetirilir. Həmçinin, sənəddə məşğulluq baxımından hərbi xidmətdə olan, cəzaçəkmə müəssisələrində cəza çəkən, cəzaçəkmə müəssisələrindən azad olunmuş, habelə işindən azad olunmuş gənclərin məşğulluq problemlərinin, iş tapmaqda çətinliklərinin aradan qaldırılması və digər məsələlər öz əksini tapıb»- deyə, komitə sədri vurğulayıb.