Xəbərlər
ATƏT-in Minsk qrupunun fransalı həmsədri ABŞ-da Dağlıq Qarabağ münaqişəsi üzrə məsləhətləşmələr aparacaq
TƏT-in Minsk qrupunun fransalı həmsədri Pyer Andrö Dağlıq Qarabağ münaqişəsi üzrə məsləhətləşmər aparmaq üçün ABŞ-a yollanıb. Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz twitter səhifəsində yazıb.
C.Uorlik twitter səhifəsində yazıb: "ATƏT-in Minsk Qrupunun yeni fransalı həmsədri Pyer Andrönü Dağlıq Qarabağ münaqişəsi üzrə məsləhətləşmələr üçün Dövlət Departamentində görməkdən məmnunam".