Xəbərlər
Bolqarıstan yenidən daşqınlarla üzləşib
Bolqarıstan yenidən daşqınlarla üzləşib. Varna şəhərinə gedən yollar bağlanılıb, digər yollarda tıxaclar yaranıb. Ölkənin Byala regionunun icra hakimiyyəti fövqəladə vəziyyət elan edib. Qara dəniz sahilində yerləşən Primosko şəhərində 20 otel və 70 yaşayış məntəqəsi daşqınlar nəticəsində su altında qalıb.