Xəbərlər
İlin birinci yarısında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 1603 müraciətinə baxılıb
İyulun 17-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən cari ilin birinci yarısında korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirildi.
Tədbirdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov görülmüş işlər barədə ətraflı məlumat verdilər.
Kamran Əliyev bildirdi ki, 2014-cü ilin birinci yarısında idarə tərəfindən vətəndaşların 1603 müraciətinə baxılıb, həmçinin 169 cinayət xarakterli material araşdırılıb. Həmin cinayət xarakterli materialların 53 faizi üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.
Diqqətə çatdırıldı ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 “Qaynar xətt” əlaqə mərkəzinə bu dövrdə 2600-dən çox müraciət daxil olub.