YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Amerikalı jurnalist: Azərbaycan daha çox tolerantdır

“Recorderonline.com” internet portalında tanınmış amerikalı jurnalist Raul Kontrerasın Azərbaycandakı multikultural mühitdən, müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşamalarından bəhs edən məqalə yayılıb.

Məqalənin müəllifi V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Bakıda səfərdə olduğunu bildirib, Azərbaycanda müşahidə etdiyi multikulturalizmi, dini tolerantlığı xüsusi vurğulayıb.

Ölkəmizin tarixi haqqında məlumat verən müəllif yazır ki, hələ 1918-ci ildə, ABŞ-dan da əvvəl Azərbaycanda qadınlara səsvermə hüquq verilib. Müsəlmanların çoxluq təşkil etdiyi bu ölkədə yəhudilər, xristianlar dinc yanaşı yaşayırlar.

Müəllif, həmçinin Azərbaycana səfəri zamanı Quba şəhərində olduğunu, Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdiyini yazaraq qeyd edir ki, orada ermənilərin və bolşeviklərin dini mənsubiyyətindən asılı olaraq, məqsədli şəkildə amansızcasına qətlə yetirdikləri minlərlə günahsız insan cəsədinin qalıqları var.

Məqalədə qeyd olunur ki, indi Azərbaycan 1918-ci ildə olduğundan da çox tolerantdır. “Siz Bakıda məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar da görə bilərsiniz. Azərbaycanda bir çox sahələrdə, o cümlədən hökumət qurumlarında çalışan yəhudilər var. Bir daha qeyd edirəm ki, Azərbaycan əhalisinin 95 faizi müsəlmanlardır”, - deyə müəllif əlavə edib.

R. Kontreras, həmçinin V Bakı Beynəlxalq Humanitar Forumundan sonra Roma Papası Fransiskin Azərbaycana səfər etdiyini, paytaxtdakı kilsədə dini mərasim keçirdiyini yazır.