Xəbərlər
Baş nazir Binəli Yıldırım: Türkiyə Azərbaycanla birlikdə Avropanın enerji təhlükəsizliyini gücləndirəcək
"Cənub Qaz Dəhlizi" sayəsində Türkiyə Azərbaycanla birlikdə Avropanın enerji təhlükəsizliyini gücləndirəcək.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım 23-cü Dünya Enerji Konqresində deyib.
Onun sözlərinə görə, Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi vacib layihələri həyata keçirib: "Türkiyə Azərbaycanla birlikdə Transanadolu boru kəmərinin köməkliyi ilə Avropanın enerji təhlükəsizliyini gücləndirəcək".