YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qazaxıstanın dövlət katibi Gulşara Abdıkalikovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Oqtay Əsədov ikitərəfli münasibətlərin, həmçinin parlamentlərarası əməkdaşlığın inkişaf etdiyini söyləyib. Xalqlarımızın eyni köklərə malik olduğunu deyən Milli Məclisin sədri qardaş Qazaxıstan dövlətinin Azərbaycana beynəlxalq səviyyədə dəstəyinə görə təşəkkürünü bildirib. Sədr qeyd edib ki, ölkələrimizin prezidentləri arasında olan yaxşı münasibətlər Azərbaycan-Qazaxıstan əlaqələrinin daha da genişləndirilməsinə zəmin yaradır.

Qazaxıstanın dövlət katibi Gulşara Abdıkalikova qardaş ölkələrimiz arasında sıx əlaqələrin mövcud olduğunu deyib. O bildirib ki, hazırkı çətin iqtisadi böhran dövründə əsas diqqət iqtisadi sahənin inkişafına yönəldilib. Bu sahədə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. Dövlət katibi, həmçinin mədəniyyət sahəsində sıx əməkdaşlıqdan söz açıb. Gulşara Abdıkalikova qeyd edib ki, Qazaxıstanda 10 minə yaxın azərbaycanlı yaşayır. Burada azərbaycanlıların mərkəzləri var, həmçinin onlar parlamentdə təmsil olunurlar. Gulşara Abdıkalikova əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.