YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupunun Ağcabədi rayon şöbəsi seçicilərlə görüş keçirib

Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə əlaqədar “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu Ağcabədi şəhərində seçicilərlə görüş keçirib. Görüşü giriş sözü ilə “Yeni Azərbaycan” təşviqat qrupunun Ağcabədi rayon şöbəsinin sədr müavini Nazim Bünyatov açaraq son 13 ildə qazanılan uğurlardan, ölkəmizin dünya miqyasında artan nüfuzundan, bütün sahələrdə sürətli tərəqqidən, regionların inkişafı fonunda Ağcabədinin də yeni mərhələdəki intibahından bəhs edib.

Sonra çıxış edən Milli Məclisin deputatı Tahir  Rzayev Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərlə bağlı tədbir iştirakçılarına geniş  məlumat verib. O qeyd edib ki, Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklər Azərbaycanda idarəetmənin keyfiyyətcə yeni mərhələyə daşınması baxımından, eyni zamanda, ölkəmizin təhlükəsizliyinin təminatında və insan hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynayacaq.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov qeyd edib ki, Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklər yeni inkişaflara və uğurlara səbəb olacaq, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun daha da artmasına, yeni iqtisadi layihələrin inamla həyata keçirilməsinə xidmət edəcək.

Tədbirdə çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupu Ağcabədi rayon şöbəsinin üzvləri Radə Qafarova, İbrahim Həsənov, Həcər Əliyeva əmin olduqlarını bildiriblər ki, “Yeni Azərbaycan” təşviqat qrupu Ağcabədi rayon şöbəsinin gördüyü işlər, düzgün qurulmuş təbliğat və təşviqat işləri sayəsində seçicilər sentyabrın 26-da seçki məntəqələrinə gələrək Konstitusiya islahatlarına  yekdilliklə səs verəcəklər.


 

 

 

 

 

 



 

 

 

DİGƏR Xəbərlər Arxiv