Xəbərlər
Xocalı soyqırımı haqqında kitab ABŞ-da nüfuzlu mükafata layiq görüldü
Tanınmış yazıçı Raul Loueri Kontrerasın müəllifi olduğu "Dağlarda qətl. Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi" adlı kitab ABŞ-da "Siyasət və cari işlər barədə ən yaxşı kitab" nominasiyasında "Latino Book Award" beynəlxalq mükafata layiq görülüb.
Kitabın müəllifi qeyd edib ki, belə beynəlxalq mükafata layiq görülmək böyük şərəfdir: "Mən öz torpaqlarından qovulan bütün azərbaycanlıların ağrılarını anlayıram".
"Dağlarda qətl. Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi" adlı kitab Azərbaycan torpaqlarının işğalı məsələsinə ümumdünya diqqəti cəlb etməyə kömək etdi.
İndiyə qədər ABŞ-ın əsas müttəfiqi olan Azərbaycana qarşı işğal və soyqırım davam edir, amma bütün dünya bunu sanki görmür.
"Latino Book Awards" beynəlxalq mükafat 1997-ci ildən ABŞ-da ən böyük kitab mükafatlarından biridir.
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərində dinc əhaliyə amansızcasına divan tutub, nəticədə, 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib, yüzlərlə sakin əsir və girov götürülüb.