YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: İnfarstruktur layihələri ölkənin sosial-iqtisadi simasını əhəmiyyətli dərəcədə müasirləşdirir

«Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyasının əsas hədəflərindən biri Azərbaycanı müasir dünya çağırışlarına uyğun olaraq yüksək infrastruktur təminatına malik ölkəyə çevirməkdən ibarətdir». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, son 12 ildə ardıcıl şəkildə reallaşdırılan su, qaz, elektrik enerjisi layihələri Azərbaycanın simasını dəyişib və respublikamızı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb. Onun sözlərinə görə, Azərbaycanda yüksək dünya standartları səviyyəsində sosial-iqtisadi infrastruktur şəbəkəsinin qurulmasının ən səciyyəvi cəhəti ondan ibarətdir ki, dövlət bu istiqamətdə müxtəlif layihələrin həyata keçirilməsinə lazımi qədər sərmayələr yönəldir.

«Dövlət vəsaitləri hesabına yaradılan infrastruktur isə sonradan bütün ölkə boyu sosial-iqtisadi inkişafa, o cümlədən də yerlərdə iqtisadi aktivliyin artmasına, daxili istehsalın sürətlə genişlənməsinə güclü təsir göstərir. Son illər Azərbaycanın müasir infrastruktur quruculuğu istiqamətində əldə etdiyi uğurlardan söhbət açarkən ölkənin yol-nəqliyyat imkanlarının davamlı olaraq genişləndirilməsini xüsusi vurğulamaq lazımdır. Respublikamızda müasir yol-nəqliyyat infrastrukturu yaradılmasına böyük diqqət yetirilməsi və bu sahəyə iri həcmlərdə investisiyalar yönəldilməsi isə bir sıra amillərlə şərtlənir. Respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsini zəruri edən digər mühüm amil isə Azərbaycanın tranzit daşımaları üçün əlverişli məkan olması ilə bağlıdır. Azərbaycanın coğrafi mövqeyi ölkəmizin istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərində vacib rol oynamasını şərtləndirir. Respublikamız həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır»- deyə, deputat qeyd edib.