YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Qeyri-neft sektorunun inkişafı xüsusi diqqət mərkəzindədir

«Son illər dünyada mürəkkəb proseslər baş verir. Qlobal proseslər fonunda milli dövlətlər  üçün yeni çağırışlar yaranıb». Bu fikri Milli Məclisin Aqra siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, neft  ixrac edən ölkələrdə  neftdən daxil olan gəlirlərin azalması səbəbindən iqtisadiyyatda digər sahələrin daha da inkişafını zəruri edir. Onun sözlərinə görə, bu baxımdan qeyri-neft sektorunun inkişafı xüsusi diqqət mərkəzindədir.

«Azərbaycan üçün qeyri-neft iqtisadiyyatının belə perspektivli istiqamətlərindən biri aqrar sektordur. Respublikamızda yeni dünya çağırışlarına uyğun olaraq aqrar sektorun inkişaf etdirilməsi real zəminə və ölkənin güclü iqtisadi potensialına əsaslanır. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir. Eyni zamanda, dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə və davamlı olaraq həyata keçirilən aqrar islahatlar nəticəsində respublikada kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Aqrar sahədə məqsədyönlü dövlət siyasəti bu sahənin davamlı inkişafını şərtləndirir. Məlum çətinliklərlə müşayiət olunan cari ilin birinci yarısında kənd təsərrüfatında 3 faizdən çox artıma nail olunması deyilənlərin təsdiqidir»- deyə, komitə sədri vurğulayıb.