YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahib Məmmədov: Bütün sahələrdə olduğu kimi, iqtisadiyyatda da geniş islahatlar həyata keçirilir

«Ölkəmizdə  bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də geniş islahatlar həyata keçirilir». Bu fikri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

S.Məmmədov bildirib ki, iqtisadi inkişaf kursu Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Onun sözlərinə görə, bu kurs nəticəsində Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib.

«Ümumiyyətlə, özəl sektorun inkişafı Azərbaycan iqtisadiyyatının prioritetlərindən biridir. Bu sahə daim Azərbaycan Prezidentinin diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, özəl sektorun ÜDM-də payı təxminən 80 faiz civarındadır. Bu prosesdə sahibkarlığın inkişafına dövlət dəstəyi xüsusi rol oynayır»- deyə, nazir müavini qeyd edib.

DİGƏR Xəbərlər Arxiv