Xəbərlər
Rasim Musabəyov: Həmsədr dövlətlər Ermənistana təzyiq etmək istəmirlər
«Rusiyanın Dalğıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüsləri ələ alması digər həmsədr dövlətlərlə razılaşdırılıb». Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
R.Musabəyov bildirib ki, həmsədr dövlətlər Ermənistana təzyiq etmək istəmirlər. Deputatın fikrincə, onlar erməniləri yola verirlər.
«Bu vaxta kimi ermənilərə ABŞ, Fransa, Avropa İttifaqından yardım alıb. Ermənistan isə rusiyadan silah alıb. Bütün bunlar onu göstərir ki, həmsədr dövlətlərin Ermənistana təzyiq etmək fikri yoxdur.
«Onların Azərbaycana təzyiq etmək üçün isə nə imkanları, nə də hüquqi əsasları var. Azərbaycana nə deyib təzyiq etsinlər? Bununla bağlı Azərbaycana təzyiq etmək mümkün deyil çünki beynəlxalq hüquq bizim tərəfimizdədir. Bizim torpaqlarımız işğal altındadır»- deyə, deputat qeyd edib.