Xəbərlər
Olimpiyaçılarımız avqustun 23-də Vətənə qayıdacaqlar

XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarımız, rəsmilərimiz və idman ictimaiyyətinin nümayəndələri avqustun 23-də Rio-de-Janeyro – Bakı çarter reysi ilə Vətənə dönəcəklər.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən bildiriblər ki, bununla əlaqədar olaraq avqustun 23-də saat 18:20-də Heydər Əliyev Beynəlxalq Aeroportunda qalib və mükafatçı olimpiyaçılarımızın milli musiqi və rəqs qrupları, könüllülər, idman ictimaiyyəti və idmançıların valideynlərinin iştirakı ilə təntənəli qarşılanma mərasimi keçiriləçək.