Xəbərlər
Heydər Əsədov: Aqrar sektorda istehsalın həcmində ən azı 6 faiz artımın olacağı proqnozlaşdırılır
«İlin sonunda aqrar sektorda istehsalın həcmində ən azı 6 faiz artımın olacağı proqnozlaşdırılır». Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
H.Əsədov bildirib ki, Dünya Bankının verdiyi proqnozlara görə isə ölkəmizdə 2016-cı ildə kənd təsərrüfatında 4,2 faiz, 2017-ci və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla artım gözlənilir. Bunun da hesabına Azərbaycanın hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında ön yerlərdən birini tutacağı qeyd olunur.
«İstehsalın artımı ilə yanaşı, ixracın stimullaşdırılması üçün müəyyən edilən dəstək tədbirləri, habelə aidiyyəti dövlət orqanları tərəfindən məhsul ixracı ilə bağlı yaranan maneələrin aradan qaldırılması kənd təsərrüfatı məhsullarının həm ümumilikdə, həm də müxtəlif seqmentlər üzrə ixracını kəskin şəkildə artırıb. Belə ki, cari ilin 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 27,5 faiz, o cümlədən meyvə ixracı üzrə 13,1 faiz, tərəvəz məhsulları ixracı üzrə isə 33,1 faiz artıma nail olunub»- deyə, nazir vurğulayıb.