Xəbərlər
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 17-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Ağstafa rayonunun Tatlı kəndi sahəsində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Saymon Tiller keçirəcəklər.
Ermənistan tərəfindən isə monitorinqin keçirilməsini ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və onun səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq təmin edəcəklər.