Xəbərlər
Türkiyədəki bütün aeroportlarda təhlükəsizlik tədbirləri daha da möhkəmləndiriləcək
Türkiyədəki bütün aeroportlarda təhlükəsizlik tədbirləri daha da möhkəmləndiriləcək.
Bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
Baş nazir bildirib ki, aeroportda “X-ray” intereskoprentgen aparatı və fiziki yoxlanış terror hadisəsinin qarşısını almağa kifayət etmir. Kənarda silahlı basqınlara qarşı da tədbirlər görülməlidir. Düşünürəm ki, aeroportların giriş və çıxışlarında xüsusi təlim görmüş təhlükəsizlik işçilərinin sayını artırmaq lazımdır.
B.Yıldırımın sözlərinə görə, böyük ehtimalla terror aktını İŞİD terror qruplaşması törədib.