YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü Çində qeyd edilib

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Azərbaycanın Çindəki səfirliyində tədbir keçirilib. Pekində yaşayan və təhsil alan azərbaycanlıların iştirak etdikləri tədbirdə Ulu Öndərin müasir Azərbaycanın inkişafındakı misilsiz xidmətlərindən danışılıb.

Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov Ümummilli Liderin həyatına nəzər salaraq bildirib ki, Heydər Əliyev bir rəhbər kimi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən nadir bir şəxsiyyət olub. Ulu Öndər xalqına və Vətəninə xidmət edib, həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanın inkişafı, tərəqqisi üçün əlindən gələni edib. Ölkənin çətin dövründə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev məhz xalqın dəstəyinə arxalanaraq qəbul etdiyi qərarla Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. O, Azərbaycana sabitlik, iqtisadi yüksəliş, sosial inkişaf, demokratiya gətirdi, dövlətin hərtərəfli tərəqqisi üçün addımlar atdı.

Vurğulanıb ki, Heydər Əliyevin təkcə Azərbaycan xalqı qarşısında deyil, eləcə də bütün bəşəriyyət qarşısında böyük xidmətləri olub. Onun təşəbbüsü ilə Böyük İpək Yolunun bərpası istiqamətində işlərə başlanılıb, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri inşa edilib, Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərində işlər sona çatmaq üzrədir. Bütün bunlar dünya iqtisadiyyatının inteqrasiyasının dərinləşməsinə, təkcə regionda deyil, eləcə də Avrasiyada, dünyada sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edən layihələrdir.

Sonda Ulu Öndərin həyatından bəhs edən film nümayiş olunub.