Xəbərlər
Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisinə ilkin olaraq 1 milyon manat ayırıb
Azərbaycan Prezidenti İlham Əliyev mayın 6-da “Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Goranboy şəhərində rayon Mərkəzi Xəstəxanasının tikintisinə başlamaq üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.