YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Azərbaycan və Türkiyə arasında viza sisteminin tətbiqi qaydalarına yenidən baxılmalıdır

«Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında» Saziş çox vacib sənəddir. Bu saziş nəticəsində Azərbaycanda çalışan Türkiyə diplomatlarının, eləcə də Türkiyədə çalışan Azərbaycan diplomatlarının ailə üzvləri işləyəməsi üçün şərait yaradılır. Bu da çox əhəmiyyətli məsələdir. Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birləklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzov bildirib ki, iki ölkə arasında tətdiq olunan viza sistemində də dəyişiklik edilməlidir. Onun sözlərinə viza sisteminin müddəti uzadılmalı və ya ləğv olunmalıdır. «Son hadisələr bir daha təsdiqlədi  ki, Azərbaycana ən böyük dəstəyi, qardaş yardımını Türkiyə göstərir. Bu dövlət öz dəstəyini bundan sonra da göstərəcəyini bəyan edib. Bununla da Ümumilli lider Heydər Əliyevin söylədiyi “bir millət iki dövlət” şüarını Türkiyə bir daha təsdiq etmiş oldu»- deyən S.Novruzov qeyd edib ki,  xüsusilə Naxçıvan Muxtar Respublikasına viza sisteminin tətbiqində dəyişiklik edilməlidir.

«Bilirsiniz ki, Naxçıvan blokada şəraitindədir və oradan Türkiyəyə gedib işləmək istəyənlər çətin vəziyyətdə qalırlar. Çünki Naxçıvandan Türkiyəyə işləməyə gedənlər hər 3 aydan bir sərhədi keçmək məcburiyyətindədirlər. Bu da, onların orada işləyib qazandıqları pulun yola sərf edilməsinə səbəb olur. Hesab edirəm ki, bu məsələni bütövlükdə deyil, mərhələlərlə  həll etmək mümkündür. Ayrı-ayrı dövlətlərdə də bu cür təcrübələr var. Gürcüstan Türkiyə ilə viza sistemini ləğv edib. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın bütün ərazisində olmasa da, Naxçıvanda viza sistemi ya ləğv olunmalı, ya da bir il müddətinə uzadılmalıdır. Bu gün Türkiyədən iş adamları Azərbaycana gəlib iş görür və ya Azərbaycan vətəndaşları da Türkiyədə iş qurublar. Onların fəaliyyətinin yüngülləşdirilməsi üçün bu addımları atmalıyıq, iki dövlət arasında viza sisteminin tətbiqi qaydalarına yenidən baxılmalıdır»- deyə, S.Novruzov vurğulayıb.