YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malena Mard: Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll ediləcəyinə inanır

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll ediləcəyinə inanır.

Bu sözləri Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttindəki vəziyyəti yaxından izləyir. “Ümid edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlar davam edəcək”, - deyə Malena Mard bildirib.

Malena Mard Aİ-nin yüksək səviyyəli şəxslərinin Azərbaycana səfərlərini xatırladaraq, bunun Aİ-nin Cənubi Qafqaz regionuna göstərdiyi diqqətin nümunəsi olduğunu qeyd edib. Diplomat mayın 18-də Bakıda Azərbaycan-Avropa İttifaqı biznes forumunun keçirilməsini qurumun Azərbaycanın iqtisadi inkişafına marağının göstəricisi kimi dəyərləndirib.