YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir: Bakıda Azərbaycan-Macarıstan hökümətlərarası birgə komissiyasının növbəti iclası keçiriləcək

Bu ilin iyun ayında Bakıda Azərbaycan-Macarıstan hökümətlərarası birgə komissiyasının növbəti iclası keçiriləcək. Bunu junalistlərə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev deyib.

V.Quliyev  bildirib ki, Macarıstan tərəfindən komissiyanın həmsədri bu ölkənin xarici işlər naziri Peter  Siyartodur. Səfir bu yaxınlarda kənd təsərrüfatı naziri Heydər Əsədovun da Macarıstana səfər edəcəyini deyib. 

“İki ölkə əczaçılıq, turizm, su təsərrüfatı, kənd təsərrüfatı sahələrində əməkdaşlığı gücləndirməkdə maraqlıdır və  müəyyən biznes layihələri var. Ümid edirəm ki, onlar bu yaxında reallaşacaq”- deyə,  səfir qeyd edib.