Xəbərlər
Şahin Mustafayev: “Formula-1” yarışlarının keçirilməsi ölkəmizdə idmanın inkişafına mühüm təsir göstərməklə yanaşı, iqtisadiyyata da öz töhfəsini verəcək
«Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. 2015-ci ildə keçirilən I Avropa Oyunlarından sonra Azərbaycanda “Formula-1” yarışlarının təşkili ölkəmizin siyasi və iqtisadi sabitliyinin, beynəlxalq nüfuzunun, böyük tədbir və yarışların keçirilməsi ilə bağlı təcrübəsinin nəticəsidir». Bu fikirləri iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Ş.Mustafayev bildirib ki, Azərbaycanda “Formula-1” yarışlarının keçirilməsi idmanın inkişafına mühüm təsir göstərməklə yanaşı, iqtisadiyyata da öz töhfəsini verəcək.
«Bundan başqa, ölkənin pozitiv imici ölkəyə uzunmüddətli investisiyaların cəlb olunmasına şərait yaradacaq. Yarışda iştirak edən idmançılar və yarışı seyr edən qonaqların ölkə ilə tanış olmasına imkan yaranacaq, onlar Azərbaycanın uğurlu inkişaf modelini görə biləcəklər»- deyə, nazir vurğulayıb.