Partiya xəbərləri
YAP-ın Partiyadaxili inkişaf və intizam komissiyasının iclası keçirilib

Yeni Azərbaycan Partiyasının Partiyadaxili inkişaf və intizam komissiyasının iclası keçirilib.
İclasın gündəliyinə «Partiya quruculuğu yeni inkişaf mərhələsində» məsələsi daxil edilib. Komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov və tədbir iştirakçıları partiyanın əldə etdiyi nailiyyətlər və qarşıda duran vəzifələr barədə fikirlərini bildiriblər.