Xəbərlər
Asiya İnkişaf Bankı Asiyada iqtisadi inkişaf tempinin zəifləyəcəyini proqnozlaşdırır
Asiya İnkişaf Bankının (AİB) proqnozlarına əsasən, cari ildə Çin iqtisadiyyatında baş verən mənfi tendensiyalarla bağlı bütünlüklə Asiya-Sakit okean regionunda iqtisadi inkişaf tempi zəifləyəcək.
Bankın martın 30-da dərc etdiyi proqnozlara əsasən, regional iqtisadiyyat 2016-cı ildə cəmi 5,7 faiz artacaq ki, bu da ötən illə müqayisədə 0,2 faiz azdır. Regiona ümumilikdə 45 ölkə və ərazi daxildir və onların əksəriyyəti nə Avstraliya, nə də Yaponiya kimi inkişaf etmiş ölkələr deyillər.
AİB-də əmindirlər ki, ixracın və investisiyaların azalması təsdiq edir ki, Çin iqtisadiyyatı inkişaf tempini itirir. Bankın proqnozlarına əsasən, Çində illik inkişaf göstəricisi ötən ilki 6,5 faizdən 0,4 faiz aşağı olacaq.
Bu fonda ABŞ, Yaponiya və digər ölkələrdə zəif iqtisadi dirçəliş vəziyyətə çox da güclü təsir göstərə bilməyəcək.