Xəbərlər
Ziyad Səmədzadə: Sığorta sektoru Azərbaycan iqtisadiyyatının çox mühüm seqmentidir
«Hazırda sığorta yığımlarının ÜDM-də payı 0,8 faizdir. Ümid edirəm ki, gələcəkdə ölkənin sığorta bazarı bir milyard dollara çatacaq». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Z.Səmədzadə bildirib ki, Azərbaycanın sığorta şirkətlərinin mükafatlarının ümumi həcmi ölkənin ümumi daxili məhsulunda bir faizə çatmalıdır. Onun sözlərinə görə, sığorta sektoru Azərbaycan iqtisadiyyatının çox mühüm seqmentidir.
«Azərbaycan iqtisadiyyatı dərin maliyyə-iqtisadi böhran dövründə belə sabit inkişaf edən çox az ölkələrdən biridir. Hazırda Azərbaycanın investisiya imkanları və iqtisadiyyatının səmərəliliyi artmaqda davam edir.Son səkkiz il ərzində Azərbaycanın sığorta bazarı beynəlxalq standartlara uyğun qanunvericilik bazası sayəsində böyüyüb»- deyə, komitə sədri vurğulayıb.