YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Mingəçevirdə Dövlət Suverenliyi Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.

Şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin hazırladığı sərgi ilə tanışlıq olub.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Daha sonra 20 Sentyabr - Dövlət Suverenliyi Günü mövzusunda sənədli film nümayiş etdirilib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müəllimi Mirzə Cavadov, Vətən müharibəsi iştirakçısı Orxan Sadıqlı və şəhər təhsil sektorunun müdiri Rüstəm Aslanov çıxış edərək Azərbaycanın dövlət suverenliyinin bərpasının tarixi əhəmiyyəti, ölkənin ərazi bütövlüyünün təmin olunması, müstəqil dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və əldə olunan nailiyyətlər barədə danışıblar.