YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin komitə sədri vətəndaş qəbulu keçirib

12-13 avqust tarixlərində Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası (YAP) Şərur rayon təşkilatında və Şərur rayon Çərçiboğan, Xanlıqlar və Qışlaqabbas kəndləri İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərinin inzibati binalarında vətəndaş qəbulu keçirib.

YAP Şərur rayon təşkilatının sədri Əmir Babayevin də iştirak etdiyi qəbulda seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.