YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Mingəçevirdə gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı və Mingəçevir Gənclər Evinin birgə təşkilatçılığı ilə bitərəf gənclərlə görüş keçirilib.

Tədbirdə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev bildirib ki, gənclərin dövlət idarəçiliyinə marağının artırılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi gələcəkdə peşəkar və məsuliyyətli kadr potensialının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

O qeyd edib ki, bu cür layihələr gənclərin dövlət qurumlarının fəaliyyəti ilə yaxından tanış olmasına, gələcək peşə seçimlərində düzgün istiqamət müəyyənləşdirməsinə və dövlətçilik dəyərlərinə bağlılığının daha da möhkəmlənməsinə şərait yaradır.

Mingəçevir Gənclər Evinin əməkdaşı Ləman Bəylərova çıxışında layihənin gənclərin şəxsi inkişafına, liderlik bacarıqlarının formalaşmasına və dövlət idarəçiliyi sahəsində praktiki biliklər əldə etməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Bildirilib ki, gənclərin bu cür maarifləndirici təşəbbüslərdə fəal iştirakı onların dünyagörüşünün genişlənməsinə, yeni bilik və təcrübə qazanmalarına, eləcə də gələcək fəaliyyətləri üçün mühüm imkanların yaranmasına xidmət edir.

DİGƏR Xəbərlər Arxiv