Xəbərlər
YAP Qaradağ rayon təşkilatında görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında rayonun Lökbatan, Sahil və Ələt qəsəbələrində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının rəhbərləri ilə görüş keçirilib.
Görüşdə YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Qaradağ Rayon İcra Hakimiyyətinin sektor müdiri Şamama Ağamuradova, ərazi partiya təşkilatlarının rəhbərləri və rayon təşkilatının əməkdaşları iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi mürəkkəb ictimai-siyasi vəziyyətdən, ölkənin qarşısında duran ciddi çağırışlardan və həmin dövrdə xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirilən dövlət quruculuğu siyasətindən danışıb.
İlqar İlyasov qeyd edib ki, 1992-ci ildə yaradılan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrilərək müasir Azərbaycanın inkişafında mühüm rol oynayıb. O vurğulayıb ki, Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan bütün sahələrdə mühüm nailiyyətlər əldə edib.
