Xəbərlər
Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının, Qubadlı Rayon İcra Hakimiyyətinin və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 26 İyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə maarifləndirici tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra “Narkomaniyaya yox deyək” mövzusunda videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon Komissiyasının sədri Xoşqədəm Əliyeva, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Qubadlı Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin həkim-terapevti Türkanə Mirzəzadə, rayon prokurorunun köməkçisi Taleh Zeynalov, rayon Polis Şöbəsinin əməkdaşı Vəli Orucov, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov, Qubadlı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Sənan Həsənov narkomaniyanın insan sağlamlığına vurduğu ağır zərərlərdən danışaraq sağlam həyat tərzinin təbliğinin vacibliyini qeyd ediblər. Bildirilib ki, bu bəla insan sağlamlığına, ailə institutuna və ictimai təhlükəsizliyə ciddi zərər vurur.
O da vurğulanıb ki, ölkəmizdə narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin mühüm istiqamətlərindən biridir və bu sahədə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
