YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Malavi Respublikasının Prezidenti Artur Piter Mutarika Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Malavi Respublikasının Prezidenti Artur Piter Mutarika Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri.

28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi Malavi Respublikasının Hökuməti və xalqı adından təbrik etməkdən məmnunam.

Fürsətdən istifadə edərək ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasında mövcud olan sıx dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı naminə qarşıdakı illərdə də dərinləşməkdə davam edəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına davamlı firavanlıq və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".

DİGƏR Xəbərlər Arxiv