Xəbərlər
“Heydər Əliyev müasir Azərbaycanın memarıdır”
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatının və Beyləqan rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Beyləqan şəhər Namiq Allahverdiyev adına 1 nömrəli tam orta ümümtəhsil məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycanın memarıdır” mövzusunda şəhər məktəblərinin X-XI sinif şagirdləri arasında inşa-yazı müsabiqəsi keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbirdə çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov bildirib ki, belə müsabiqənin keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi, Onun zəngin irsinin və ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsidir.
Rayon təşkilatının sədri Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı yorulmaz fəaliyyətindən, Ulu Öndərin layiqli davamçısı Prezidenti İlham Əliyevin Azərbaycan gəncliyinə və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan, apardığı uğurlu daxili və xarici siyasətdən danışıb.
Müsabiqənin sonunda Rayon təşkilatı tərəfindən müsabiqədə münsif olan təhsil işçilərinə fəxri fərman, şagirdlərə isə təşəkkürnamə və qiymətli hədiyyələr təqdim edilib.
