YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Erməni şovinistlərinin məkrli niyyətləri

Natiq Allahverdiyev

YAP Qax rayon təşkilatının sədri

Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli qərarı ilə 31 mart azərbaycanlıların soyqırım günü kimi tarixə həkk olunub. Tariximizin qanlı səhifələrindən də bildiyimiz kimi, 1918-ci il 30 mart - 2 aprel tarixlərində Bakı şəhəri və Bakı quberniyasının müxtəlif bölgələrində - Şamaxı, Quba, Xaçmaz, Salyan, Zəngəzur, Qarabağ, Hacıqabul, Lənkəran və digər ərazilərdə erməni Daşnaksütyun partiyası və Bakı sovetindən olan silahlı dəstələr azərbaycanlılara qarşı soyqırım törətmiş, rəsmi mənbələrin məlumatlarında əks olunduğu kimi, 12 minə yaxın soydaşımız vəhşicəsinə qətlə yetirilmiş, 10 min soydaşımız isə itkin düşmüşdür.

Ermənilərin "Böyük Ermənistan" yaratmaq iddiaları bu soyqırımın əsas ideoloji lokomitivi olmaqla, 1905-ci il fevral ayında Bakıda erməni kilsəsinin yaxınlığında Sabunçu kənd sakini Ağarza Babayevin ermənilər tərəfindən öldürülməsi və hadisə yerinə toplaşan azərbaycanlıların qətlə yetirilməsi ilə başlanan və tarixə "Bakı şəhərində qanlı qətliam" kimi düşən 1905-ci il qırğını yenidən təkrarlandı.

1918-ci il 30 mart - 2 aprel tarixlərində Azərbaycanda baş verən ənənəvi rus-erməni vəhşiliyi Osmanlı Türkiyəsinin Azərbaycan və Dağıstanı xilas etmək üçün qərargah yaratması və 29 yaşlı Nuru Paşanın Qafqaz İslam Ordusunun komandanı vəzifəsinə təyin edilməsi ilə sona çatdı.

Tarix çıxaracağımız nəticələr üçün yazılır, xalqın qan yaddaşına köçürülür, gələcək nəsillərə ötürülür. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. Heç bir qüvvənin xalqımızın qan yaddaşını silə bilməyəcəyini müdrik xalqımız bir daha dünyaya məhz belə elan edi. Ümummilli Liderin bu qətliamları tariximizdə rəsmi olaraq əbədiləşdirməsi isə, xalqımıza qarşı soyqırımlarını şüurlu şəkildə Xocalıda, Malıbəylidə və s. davam etdirən rus erməni tandeminə 2020 -ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın vətən sevgisi və ədalətə susamasının rəmzi olan “Dəmir yumruq”un endirilməsində, son 250 ildə ilk dəfə xalqımıza bu vəhşilərin yaşatdığı qanlı ölümlərin, ən əsası isə canımızın parçası olan vətən torpaqlarının itirilməsinin dayandırılmasında xüsusi rol oynadı.

Birinci Qarabağ Müharibəsində və Vətən Müharibəsində qurban verdiyimiz şəhidlərimizin və qazilərimizin qəhrəmanlıq salnaməsi isə, insanlıq simasını çoxdan itirmiş işğalçılara hələ uzun müddət unutmayacaqları zərbə olmaqla yanaşı, xalqımızın Vətən uğrunda əzmini, birliyini, vətənə bağlılığını, artıq vəhşiliklərinin cəzasız qalmayacağın sadəcə sübut etmədi, həm də bizə bizi yenidən xatırlatdı, qan yaddaşımızı təzələdi. Cənab Prezidentin hər zaman olduğu kimi xalqımızın ürək sözlərini dünyaya elan edərkən qeyd etdiyi kimi, artıq “Biz nə vaxt, nəyi edəcəyimizi yaxşı bilirik”. Bunu qanımızla, canımızla, qan yaddaşımızla yaşadıq, öyrəndik və artıq əsla unutmayacayıq.