YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

SOCAR-ın nümayəndəsi: Qərargah sabahdan 10 saylı stasionar dəniz özülünə köçürüləcək

Axtarış-xilasetmə işləri ilə bağlı yaradılan qərargah sabahdan “Günəşli” yatağında yanğının baş verdiyi 10 saylı stasionar dəniz özülünə köçürüləcək.

Bu barədə dekabrın 6-da saat 23-də keçirilən mətbuat konfransında SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib.

O deyib: “Dənizdəki qərargah 5 saylı platformadan “Neftqaz-62” gəmisinə köçürülüb. Beləliklə qərargah yanğının baş verdiyi 10 saylı özülə daha da yaxınlaşıb. Hazırda özülün üzərində təmir briqadaları çalışır, onlar su xəttini birləşdirmə prosesini həyata keçirir. Bu sistemin quraşdırılması yanğını söndürməyə imkan verəcək. Sabah günün birinci yarısında qərargah özülün üzərinə köçürülməlidir”.

Onun sözlərinə görə, hazırda yanğının söndürülməsi prosesində 5 gəmi iştirak edir. Helikopterlər isə sabahdan yenidən axtarış-xilasetmə işlərinə qoşulacaqlar.