YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şəki rayon təşkilatının təsis edilməsinin 33 illiyi qeyd edilib

Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini yad ediblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Vətən müharibəsi şəhidi Elçin Nadirovun anası Rəmziyyə Nadirova, partiya veteranı Novruzəli Abbasov, Aydınbulaq ərazi partiya təşkilatının sədri Elçin Vəliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində şərəfli yol keçdiyini, ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırıblar. Onlar Yeni Azərbaycan Partiyasının qələbələr partiyası kimi Azərbaycana tarixi nailiyyətlər qazandırdığını diqqətə çatdırıblar.

Vurğulanıb ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bu gün cənab İlham Əliyevin Sədrliyi ilə xalqımızı uğurlara, qələbələrə aparır.

Sonra YAP Şəki rayon təşkilatının fəaliyyətində fərqlənən bir qrup partiya fəalına fəxri fərman, partiya veteranlarına hədiyyə və partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.