Xəbərlər
YAP Göyçay rayon təşkilatının yaradılmasının 33 illiyi qeyd edilib
Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla anıblar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Dövlət Himni səsləndirilib.
Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Milli Məclisin deputatı Sabir Hacıyev, partiya veteranı Eldəniz Məmmədov, partiya fəalları Firəngiz Məmmədyarova və Laçın Cavadov partiyanın şərəf və qürur dolu inkişaf yolundan ətraflı bəhs ediblər.
Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli rəhbərliyi ilə ümumxalq partiyası kimi milli maraqlara xidmət edir. Partiyaya olan yüksək ictimai etimad Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin apardığı siyasətə olan inamın nəticəsidir.
Sonra rayon təşkilatının fəaliyyətində fərqlənən bir qrup partiya üzvünə fəxri fərman və partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
