YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP İsmayıllı rayon təşkilatının 33 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyasının (YAP) İsmayıllı rayon təşkilatının yaradılmasının 33 illiyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, Ulu Öndərin xatirəsi ehtiramla anılıb.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov çıxış edərək Yeni Azərbaycan Partiyasının təsis olunduğu dövrün tarixi şəraiti, o zaman baş verən ictimai-siyasi hadisə və proseslər barədə danışıb. O bildirib ki, Yeni Azərbaycan Partiyası 21 noyabr 1992-ci il tarixində Naxçıvan şəhərində təsis edildikdən sonra Ulu Öndər Heydər Əliyevin şəxsiyyətinə sadiqlik nümunəsi olaraq 6 mart 1993-cü ildə YAP İsmayıllı rayon təşkilatı yaradılmışdır. Natiq ötən 33 illik müddət ərzində partiyanın rayon təşkilatı üzvlərinin Heydər Əliyev ideologiyasına, Azərbaycan dövlətçiliyinə daim sədaqət nümayiş etdirdiklərini qeyd edib.

Daha sonra çıxış edən partiya veteranı Valeh Salehov, şəhid atası Ağaəhməd Əhmədov, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının direktoru Vidadi Rəhimov, İsmayıllı rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov qeyd ediblər ki, YAP yarandığı gündən ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır. Qeyd olunub ki, İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan regionun aparıcı dövlətinə çevrilib, beynəlxalq mövqelərini daha da möhkəmləndirib.

Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi, bir qrup partiya fəalına fəxri fərman təqdim edilib.