Xəbərlər
Bərdədə şəhid ailələri ziyarət edilib
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Aparatın kollektivi və YAP üzvü olan şəhid anaları ilə birlikdə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrini ziyarət edib.
YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun işğal altında olan torpaqları azad etdiyini qeyd edib.
Görüşdə şəhid anaları Arzu Hüseynzadə, Mehparə Qəribova, Radə Qurbanova, İsbət Hətəmova, Səidə Qarayeva və Əzizə Ədilova dövlətimizin bu kateqoriyadan olan şəxslərə göstərdiyi diqqət və qayğıdan məmnun olduqlarını ifadə ediblər.
