Xəbərlər
Milli Məclisin deputatı Xanlar Fətiyev seçicilərlə görüş keçirib
Milli Məclisin deputatı Xanlar Fətiyev Bərdə rayonunun Kələntərli kəndində və Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının inzibati binasında seçicilərlə görüşlər keçirib.
Əvvəlcə millət vəkili Kələntərli kəndində şəhidlərin məzarlarını ziyarət edib, onların xatirəsinə dərin ehtiramını bildirib.
Görüşlərdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.
