YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Uğur hekayəsi” layihəsi çərçivəsində gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının təşəbbüsü ilə Qusar Peşə Liseyində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamovun “Uğur hekayəsi” mövzusunda gənclərlə görüşü təşkil olunub.

Əvvəlcə lisey tələbələrinin foyedə təşkil olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan liseyin direktoru Xatirə Nağıbəyova qonaqları salamlayaraq belə görüşlərin gənclərin dünyagörüşünün formalaşmasında, onların peşəkar və vətəndaş kimi yetişməsində mühüm rol oynadığını vurğulayıb.

YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov dövlətin gənclər siyasətindən, peşə təhsilinin inkişafına göstərilən diqqət və qayğıdan bəhs edib. O bildirib ki, bu cür görüşlər gənclərin motivasiyasının artırılması baxımından mühüm əhəmiyyət daşıyır və gələcəkdə də davam etdiriləcək.

“Uğur hekayəsi”ni gənclərlə bölüşən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov həyat və fəaliyyət yolundan danışaraq onu uğura aparan əsas prinsiplərin zəhmət, məqsədyönlülük, bilik və Vətənə sədaqət kimi dəyərlər olduğunu qeyd edib. Deputat öz təcrübəsinə əsaslanaraq gənclərə daim öz üzərlərində çalışmağı, biliklərini artırmağı tövsiyə edib.

Sonda interaktiv müzakirə formatında davam edən görüşdə tələbələrin sualları cavablandırılıb.

Qeyd olunub ki, YAP Qusar rayon təşkilatı tərəfindən təşkil edilən “Uğur hekayəsi” adlı maarifləndirici görüşlərin keçirilməsi gənclərin motivasiyasının artırılması və onların gələcək karyera planlamasına dəstək baxımından xüsusi əhəmiyyət kəsb edir.