YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlqar Rəhimov: Ölkəmizdə əlilliyi olan insanların rifah halının yaxşılaşdırılması yönündəki tədbirlər Azərbaycanın sosial dövlət statusunun göstəricisidir

«Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə diqqət və qayğısı həmin insanların minik avtomobilləri ilə təminatında da mühüm addımların atılmasına şərait yaradıb». Bu fikri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov deyib.

İ.Rəhimov bildirib ki, dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli sərəncamları əsasında hələ ötən il ərzində 2014-cü ilədək növbədə dayanan bütün imtiyazlı şəxslərin avtomobillə təminatı başa çatdırılıb. “Hətta keçən il 2014-cü il ərzində növbəyə dayananların avtomobillə təmin olunmasına başlanıldı və onlardan da 67 nəfərinə minik avtomobili verildi. Son üç ay ərzində isə artıq 400 nəfər müvafiq şəxsə minik avtomobili təqdim olunub”.
Nazir müavini bildirib ki, indiyə qədər ölkəmizdə dövlət tərəfindən avtomobil verilmiş 5750 nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxsin 33,6 faizi, yəni 1933 nəfəri məhz keçən il və cari ilin ötən dövründə avtomobillə təmin edilib. Əlilliyi olan şəxslərin sosial təminatlarının gücləndirilməsi ilə bağlı digər sahələrdə də görülən məqsədyönlü işləri qeyd edən İ.Rəhimov bu işlərin qarşıdakı dövrdə də uğurla davam etdiriləcəyini diqqətə çatdırıb. 
«Ölkəmizdə əlilliyi olan insanların rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər Azərbaycanın sosial dövlət statusunun, ölkə rəhbəri tərəfindən aparılan sosial yönümlü siyasətin əyani təzahürüdür»- deyə, nazir müavini vurğulayıb.